Yuxarı

Qaşıqla kamera yoldaşını qətlə yetirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaşıqla kamera yoldaşını qətlə yetirdi

Rusiyanın Novomoskovsk şəhər prokurorluğu qətldə ittiham olunan 36 yaşlı azərbaycanlıya qarşı qaldırılan ittiham aktını təsdiq edib.

Report.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şübhəli və qətlə yetirilən şəxslərin hər ikisi məhbus olub və onların arasında münaqişə şəhərin 6 saylı islah-əmək müəssisəsində baş verib.

Azərbaycanlı dəmir barmaqlıqlar arxasına bu yaxınlarda - 2014-cü ilin mart ayının sonlarında düşüb. Yeni cinayəti isə, o, həbsə düşdükdən 5 ay sonra, avqust ayında törədib.

"İki dustaq arasında mübahisə düşüb və azərbaycanlı mətbəx qaşığının itilənmiş sonluğu ilə rəqibinin sol əl və döş qəfəsi nahiyələrinə bir neçə zərbə endirib. Sonuncu zərbə rəqibin ürəyinə tuş gəlib və onun ölümü ilə nəticələnib", - deyə prokurorluğun məlumatında bildirilir.

Hazırda həmyerlimizə qarşı qaldırılan cinayət işi mahiyyəti üzrə baxılması üçün yerli məhkəmə orqanlarına göndərilib.

Tarix
2015.01.17 / 09:33
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla