Yuxarı

Məşhur oğru Cibgir Elçin həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur oğru Cibgir Elçin həbs edildi

Bakıda kriminal aləmdə "Cibgir Elçin" ləqəbi ilə tanınan məşhur oğru saxlanılıb.

Report-un məlumatına görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 1966-cı il təvəllüdlü Novruzov Elçin Novruz oğlu tutularaq istintaqa təqdim edilib. E.Novruzov Nizami rayonu və paytaxtın digər ərazilərində əsasən sərnişinlərin gur olduğu ictimai nəqliyyatda cibgirliklə məşğul olduğunu etiraf edib. Saxlanılan zaman onun üzərindən cibgirlik yolu ilə əldə etdiyi 3 ədəd mobil telefon aşkar edilərək maddi sübut kimi götürülüb. E.Novruzov bu üsulla əldə etdiyi pulu isə narkotik vasitələrə xərclədiyini bildirib. PB-də onun üzərindən narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb. Faktla bağlı E.Novruzov barəsində Nizami RPİ-də cinayət işi başlanılıb, istintaq davam edir.

Qeyd edək ki, 49 yaşlı E.Novruzov peşəkar cibgirdir və o, bu işlə məşğul olduğu üçün indiyə qədər 4 dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə E.Novruzov 2014-cü ildə azadlığa buraxılıb.

Tarix
2015.01.22 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla