Yuxarı

Elşad İsgəndərov sükutu pozdu və...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri, nurçu qalmaqalına görə istefaya göndərilən Elşad İsgəndərov sükutu pozub.

Axar.az-ın xəbərinə görə, xeyli vaxtdır mətbuatda görünməyən keçmiş komitə rəhbəri Avropada islamofobiyadan, Fransada "Şarli Hebdo" hadisəsi konteksində proseslərdən danışıb.

Hazırda İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun sədri olan E.İsgəndərov Türkiyənin nüfuzlu "24 TV" telekanalında "Həyatın içindən" verilişinin qonağı olub. Forum sədrinin fikrincə, islamofobiyanın arxasında tarixi zərurətdən daha çox manupilyasiya xarakterli əməllər gizlənir. Onun sözlərinə görə, bu proseslərin arxasında Avropada olan 3 düşüncə dayanır:

"Birincisi, müsəlmanların nüfuzu Avropada durmadan artır. Proqnozlar səslənir ki, artıq 2050-ci ildə Avropa müsəlmanların tam nəzarətində olacaq. İkincisi, müsəlmanlar Avropa dəyərlərini qəbul etmirlər. Onların dəyərləri Avropanın liberal dəyərlərinin əksi olan bir dəyərlərdir.

Üçüncüsü isə bu dəyərləri qəbul etməyincə terrora əl atırlar və bunu sanki islam mədəniyyətinin ayrılmaz bir hissəsi kimi təqdim edirlər. Və məhz bu üç xüsusiyyət üzündən söyləyirlər ki, müsəlmanlar Avropanın gələcəyi üçün bir təhlükədirlər".

O, əldə etdiyi rəqəmləri açıqlayıb: "Məsələn, ictimai rəyə əsasən, Fransa əhalisinin 31 faizi müsəlmandır. Realda isə 7,5 faizdir. Eyni göstəricilər Almaniyada 19 və 5,8 faizdir. İngiltərədə 21 faiz göstərilsə də, müsəlmanların gerçək sayı 4,8 fazidir. Yəni guya müsəlmanların Avropada tezliklə çoxluq təşkil etmələri barədə söylənilənlərin arxasında heç bir əsas yoxdur".

Tarix
2015.01.23 / 08:30
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Baxçalının Şah İsmayılla bağlı sözlərə son qoyan çıxışı - Video

Bakıda İƏT-ə üzv ölkələrin toplantısı keçiriləcək

Bakıda Türkiyə və Suriya rəsmiləri ilə görüşən İsrail generalı...

Putinlə Trampın telefon danışığı 2 saatdan çox davam etdi

İşxanyanın döyüşlərdə iştirakı ilə bağlı video yayıldı

Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşdü

Devos heç zaman deməyib ki, Azadı agent kimi... - Rayan

Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü

Azərbaycan və Oman arasında məsləhətləşmələr keçirildi

Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla