Yuxarı

Vəkillər üçün lüğət buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

35 minə yaxın söz və söz birləşməsini ehtiva edən "Rusca-azərbaycanca izahlı hüquq lüğəti" hazırlanıb.

Axar.az xəbər verir ki, "İzahlı hüquq lüğətləri" adlı böyük layihənin mühüm tərkib hissəsi olan "Rusca-azərbaycanca izahlı hüquq lüğəti" artıq çapa verilib və bir ay ərzində işıq üzü görəcək. Lüğətin redaktoru professor İsmayıl Məmmədlidir. Ali Məhkəmədən verilən məlumata görə, hüququn müxtəlif sahələrinə (mülki, cinayət, hərbi, beynəlxalq, mühasibat, bank və s.) aid 35 minə yaxın söz və söz birləşməsini ehtiva edən "Rusca-azərbaycanca izahlı hüquq lüğəti" hüquqşünaslar, maliyyə işçiləri, tərcüməçilər, alimlər, hüquq və beynəlxalq hüquq fakültələrinin müəllim və tələbələri, xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və geniş oxucu kütləsi üçün faydalı olacaq.

Lüğətin müəllifləri Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Rafiq Novruzov və Ali Məhkəmənin məsul əməkdaşı Könül Əliyeva bu dəyərli vəsaiti ərsəyə gətirməklə hüquq və hüquq münasibətlərinin nizama salınması işinə əvəzsiz töhfə veriblər.

Xatırladaq ki, "İzahlı hüquq lüğətləri" adlı layihə çərçivəsində 2012-ci ildə "Azərbaycanca-rusca izahlı hüquq lüğəti" və "Azərbaycanca-ingiliscə hüquq lüğəti (izahla)" nəşr olunub.

Tarix
2015.01.23 / 18:46
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ukrayna xarici işlər naziri Bakıya gəlir

İlbər Ortaylıdan etiraf: Biz azərbaycanlıları görmürdük

Orban Əliyev və digər liderlərə belə təşəkkür etdi - Video

Prezidentin X hesabında Budapeşt səfərindən video yayıldı

İsrail və Türkiyə Bakı görüşündən sonra "qaynar xətt" yaratdı

İlham Əliyevin Budapeşt səfəri başa çatdı

Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan

Paşinyanın imzaladığı sülh sazişini ləğv edə biləcəyikmi?

İtaliyalı general Bakıda HDQ-ni ziyarət etdi - Video

ADY nümayəndələri Çində forumda iştirak etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla