Yuxarı

Gəncədə bir gecədə iki nəfər bıçaqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə bir gecədə iki nəfər bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Axar.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə gecə saat 3 radələrində şəhərin "alüminiumçular qəsəbəsi" adlanan ərazidə, Metallurq idman kompleksinin yaxınlığında baş verib. Gəncə şəhər sakini 32 yaşlı Məhəmməd Bağırov qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diyaqnozu ilə TTYX-ya çatdırılıb. Həkimlər yaralını dərhal əməliyyat ediblər. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Səhər saat 5 radələrində isə daha bir bıçaqlanma hadisəsi qeydə alınıb.

Şəhərin Dədə Qorqud küçəsində yerləşən tələbə yataqxanasının qarşısında baş verən hadisə nəticəsində Gəncə şəhər sakini 22 yaşlı Araz Dursunov bıçaqlanıb.

Yaralı hadisə yerinə çağrılan təcili yardım maşını ilə TTYX-ya gətirilib. Həkimlər dərhal onu əməliyyat ediblər.

Hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2015.01.24 / 09:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi

Ruttenin xüsusi nümayəndəsi Azərbaycandadır

“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlandı

Konqresdə azərbaycanlılarla bağlı konfrans keçirildi

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla