Yuxarı

İlham Əliyev bəzi başçılara ciddi mesaj verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev bəzi başçılara ciddi mesaj verdi

Prezidentin məmurların kiçik və orta sahibkarlara təzyiq göstərməsi barədə söylədikləri göstərdi ki, onun bəzi şəxslərin özbaşınalığından xəbəri var.

Bu sözləri Axar.az-a ötən gün Prezident İlham Əliyevin İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə məmurlar barədə səsləndirdiyi fikrinə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, bundan sonra yerlərdən gələn siqnallara ciddi reaksiya veriləcəyini gözləmək olar:

“Yerlərdən gələn informasiya müəyyən icra hakimiyyəti nümayəndələrinin sahibkarlara problem yaratdığını, onların fəaliyyətinə mane olduğunu göstərir. Prezident İlham Əliyevin bu istiqamətdə tapşırığı təkcə iqtisadiyyat nazirinə deyil, eyni zamanda hüquq-mühafizə orqanlarına da çox ciddi tapşırıqdır. Bundan sonra icra hakimiyyətləri ilk növbədə sahibkarlığın inkişafı, iş yerlərinin artırılması ilə bağlı hesabat verməlidir. Onların fəaliyyəti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, onların işlə təminatı istiqamətində olmalıdır”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən, bölgələrdə bəzi məmurların kiçik və orta sahibkarların işinə mane olduğunu bildirib.

Tarix
2019.10.24 / 16:40
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla