Yuxarı

Bakıda dünyanın ən dəhşətli metro faciəsi – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün itkilərinin sayına görə (289 nəfər həlak olub, 270 nəfər xəsarət alıb) dünya metropolitenləri tarixinin ən dəhşətli faciəsindən 24 il ötür.

Axar.az xəbər verir ki, hadisə 1995-ci ilin 28 oktyabrında baş verib. Həmin gün saat 17.50-də “Ulduz” metrostansiyasından “Nərimanov” stansiyasına doğru hərəkət edən metro qatarında qəfil yanğın başlayıb.

Bu faciədə, rəsmi məlumata görə, 289 nəfər həlak olub, 270 nəfər isə yaralanıb. Faciənin böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı olub. Qəzaya əsas səbəb kimi köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı və maşinistin səhv qərar verməsi göstərilib. Bu qəza Ginnesin Rekordlar Kitabının ən dəhşətli metro faciələri siyahısına düşüb.

Hadisə yerində sərnişinlər arasında xüsusi fədakarlıq göstərənlər, öz köməyini təklif edənlər az olmayıb. Onlar arasında hərbi geyimli bir neçə yeniyetmə daha çox fərqlənib. O yeniyetmələrdən biri də 17 yaşlı Samir Məmmədov olub.

Samir, onun iki kursant yoldaşı və zabit Çingiz Babayev ümumilikdə 150-dən çox insanı xilas edib, amma...

Hadisədən bir müddət sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə, ölümlərindən sonra, Çingiz Babayev Milli Qəhrəman adı, kursantlar Nicat Mürvət oğlu Səfərov, Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov “İgidliyə görə” medalı ilə təltif olunublar.

Hadisəni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılıb. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Samirin ailə üzvlərinin Axar.az-a danışdıqları xatirələri təqdim edirik:

Tarix
2019.10.28 / 15:05
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Ukrayna xarici işlər naziri Bakıya gəlir

İlbər Ortaylıdan etiraf: Biz azərbaycanlıları görmürdük

Orban Əliyev və digər liderlərə belə təşəkkür etdi - Video

Prezidentin X hesabında Budapeşt səfərindən video yayıldı

İsrail və Türkiyə Bakı görüşündən sonra "qaynar xətt" yaratdı

İlham Əliyevin Budapeşt səfəri başa çatdı

Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan

Paşinyanın imzaladığı sülh sazişini ləğv edə biləcəyikmi?

İtaliyalı general Bakıda HDQ-ni ziyarət etdi - Video

ADY nümayəndələri Çində forumda iştirak etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla