Yuxarı

Arvadının başını kəsən paytaxt sakini tutuldu - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arvadının başını kəsən paytaxt sakini tutuldu - Yeniləndi

Bakı şəhəri Nərimanov rayonunda dəhşətli hadisə baş verib.

Avropa.info-nun əldə etdiyi məlumata görə, Nərimanov rayonunun Montin qəsəbəsi, Aşıq Qərib küçəsində bu dəqiqələrdə orta yaşlı kişi arvadının başını kəsərək küçəyə atıb.

Qətlin qısqançlıq zəminində baş verdiyi bildirilir.

Məsələylə bağlı Nərimanov rayon polis idarəsinin növbətçi hissəsi ilə əlaqə saxladıq. Növbətçi hissədən bu barədə onlarda heç bir məlumatın olmadığını bildiriblər.

19:24

Bakıda kişinin həyat yoldaşını qətlə yetirməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə daxil olan birgə məlumatda deyilir ki, yanvarın 26-da saat 12 radələrində paytaxtın Nərimanov rayon sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlham Elləz oğlunun qısqanclıq zəminində yaşadığı evdə arvadı - 1979-cu il təvəllüdlü Süleymanova Məhəbbət Nəriman qızının boğaz və bədəninin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.Süleymanov daha sonra rayon hüquq-mühafizə orqanlarına könüllü gələrək təslim olub və şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2015.01.26 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla