Yuxarı

Tütün, spirtli və enerji içkilərinin aksiz vergisi artırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Fərmanına uyğun olaraq ölkədə istehsal olunan spirtli içkilər, tütün məmulatları, eləcə də enerji içkilərinə aksiz vergisi dərəcələri dəyişdirilib.

Axar.az xəbər verir ki, aksiz dərəcəsi araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün 2,5 manatdan 2,6 manata, şərablar və şərab materiallarının hər litri üçün 0,1 manatdan 0,2 manata, pivə və pivə tərkibli digər içkilərin hər litri üçün 0,2 manat manatdan 0,4 manata artırılıb.

Digər yüngül spirtli içkilər üzrə aksiz dərəcəsi bir litr üçün 0,4 manat məbləğində müəyyən edilib. Konyak və konyak məhsullarıın hər litri üçün tətbiq edilən 6 manat aksiz dərəcəsi isə 3,2 manata endirilib.

Tütün məmulatları üzrə aksiz dərəcəsi hər min siqaret, siqarilla və tütün əvəzedici üçün 21 manatdan 31 manata qaldırılıb.

Enerji içkiləri üzrə aksiz dərəcəsi hər litri üçün 3 manatdan 3,1 manata qaldırılıb.

Tarix
2019.12.26 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalının Şah İsmayılla bağlı sözlərə son qoyan çıxışı - Video

Bakıda İƏT-ə üzv ölkələrin toplantısı keçiriləcək

Bakıda Türkiyə və Suriya rəsmiləri ilə görüşən İsrail generalı...

Putinlə Trampın telefon danışığı 2 saatdan çox davam etdi

İşxanyanın döyüşlərdə iştirakı ilə bağlı video yayıldı

Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşdü

Devos heç zaman deməyib ki, Azadı agent kimi... - Rayan

Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü

Azərbaycan və Oman arasında məsləhətləşmələr keçirildi

Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla