Yuxarı

Elşad Hacıyev: Əmin olsunlar ki, geci-tezi var!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elşad Hacıyev: Əmin olsunlar ki, geci-tezi var!

Cinayətə meyilli şəxslər tək özlərinin yox, həm də ailə üzvlərinin – qohumlarının, övladalarının tərcümeyi-halnı ləkələyir. Bu ləkə bir ömür boyu onları təqib edir.

Bunu Axar.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, tutulan şəxslər barədə gündəlik məlumatlandırmanı həyata keçirməkdə məqsəd ona yönəlib ki, cinayətə meyilli şəxslərə ibrət olsun, bu əməllərdən çəkinsinlər.

E.Hacıyev ötən il paytaxtda qeydə alınan cinayətlərin statistikasına diqqət çəkib:

"Qeydə alınan hər bir cinayət faktı üzrə xeyli insan əziyyət çəkib və bir ömür boyu başqasının qeyri-insani düşüncəsi ucbatından zərərçəkmişə çevrilib. İndi baxaq, məsuliyyətə cəlb olunanlar, özü ilə bərabər nə qədər cinayətlə əlaqəsi olmayan doğmalarına ziyan vurub, onları sarsıdıb. Bunu həmin şəxslər nəzərə alırmı? Mübahisəlidir. Anlayışlı şəxs ictimai təhlükəli əməlinin nəticəsini görməli olduğu halda görmürsə, bu, onun mənəvi-əxlaqi keyfiyyətləri ilə bağlıdır".

Xidmət rəisi əlavə edib ki, mülkiyyət əleyhinə olan cinayətlərdə əgər cinayətə meyilli şəxs başqasının alın təri ilə qazandıqlarını talamağı qarşısına məqsəd qoyub özünü və yaxın ətrafını xoşbəxt edəcəyini düşünürsə, yanılır:

"Onlar heç bir halda cəza təhdidindən xilas ola bilməyəcəklər. Əmin olsunlar ki, geci-tezi var!"

Tarix
2020.01.21 / 16:41
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi...

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla