Yuxarı

Hadı Rəcəblinin gizli səs yazısındakı Vahabov açıqlama yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hadı Rəcəblinin gizli səs yazısındakı Vahabov açıqlama yaydı

15:40

74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadı Rəcəbli ilə rəqibi Emil Vahavov arasında olan səs yazısının yayılmasına ikinci reaksiya verib.

Axar.az xəbər verir ki, E.Vahabov açıqlamasında bildirib:

“Son günlər sosial mediada Hadı Rəcəbli ilə mənim dialoqumu sürətlə yayırlar. Əvvəla, o söhbət yanvarın əvvəlləri olub və orda olan bir nəfər tərəfindən, mənim xəbərim olmadan, səs yazılıb. Amma bu səs yazısının indi yayılması mənim ziyanımadır. Çünki seçicilərim elə bilir ki, mən namizədliyimi geri götürmüşəm. Əziz seçicilər, and olsun Allaha, mən sona qədər mübarizə aparacağam.

İkinci məsələ: heç kim məni bununla bağlı təhdid etməyib, heç kim də heç bir vəd verməyib. Sadəcə olaraq, mənə deyilib ki, məsləhət görürük, geri çəkiləsən. Mən də cavabımda demişəm ki, 25 kənddə 500 imza toplamışam. Xalqın mənə olan etimadını sarsıda bilmərəm”.

E.Vahabov səs yazısı ilə bağlı MSK-ya müraciət edib-etməyəcəyini açıqlamayıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov isə saytımıza açıqlamasında Hadi Rəcəbliyə aid olduğu bildirilən səs yazı ilə bağlı MSK-ya şikayət daxil olmadığını, buna görə də hər hansı araşdırma aparılmadığını bildirib.

Qeyd edək ki, mətbuatda 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadı Rəcəbliyə məxsus səs yazı yayılıb. Səs yazısında H.Rəcəbli Emil Vahabovdan namizədliyini geri götürməsini tələb edir və MSK sədri Məzahir Pənahova zəng edib, seçkilərin nəticəsini dəyişdirə biləcəyini vurğulayır.

Tarix
2020.02.05 / 15:53
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla