Yuxarı

Ananın azyaşlı oğlunu şişlə dağlamasının - Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ananın azyaşlı oğlunu şişlə dağlamasının - Təfərrüatı

09:55

Tərtər rayonunda ana azyaşlı oğlunu şişlə dağlayaraq işgəncə verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Axar.az xəbər verir ki, Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini, işgəncələrə məruz qaldığı iddia olunan azyaşlının anası Könül Dünyamalıyeva Report-a hazırda boşanmaq üzrə olduqları və uşağın atasının aliment ödəməməsi üçün şər-böhtan xarakterli məlumatlar yaydığını bildirib:

"2010-ci ildə Laçın rayon məcburi köçkünü Rafiq Dünyamalıyevlə ailə həyatı qurmuşuq. Bu izdivacdan biri oğlan, biri qız olmaqla iki övladımız var. Bir ildən çoxdur ki, həyat yoldaşımdan ayrı yaşayırıq. Rəsmi olaraq ayırlmasaq da, 5 yaşlı qızımız mənimlə, 9 yaşlı oğlumuz atası ilə birgə qalır. Boşanmaq üçün Tərtər Rayon Məhkəməsində müraciət etmişik. Hazırda rayon məhkəməsində işə baxılır. Yayılan xəbərlər tamamilə əsassız və uşağın atasının rəsmi olaraq boşandıqdan sonra aliment ödəməməsi üçün uydurmalarıdır".

Bərdə rayonunun Soğanverdilər kəndi sakini, azyaşlı oğlanın atası Rafiq Dünyamalıyev R.Dünyamalıyev bildirib ki, uşaq xəstə olduğu üçün 9 ay əvvəl müalicəsi üçün anasının yanına göndərib və hadisə də uşağın anasının yanında olduğu zaman baş verdiyini bildirib: "Uşağı anasının yanına göndərdikdən bir neçə gün sonra mənə zəng edərək anasının onu döydüyünü, işgəncə verdiyi dedi. Məndə getdim uşağı öz yanıma gətirdim. Gördüm ki, uşağın anası Könül Dünyamalıyeva şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Bu hadisədən sonra uşağı gətirərək öz yanımda saxladım. Daha sonra uşağın yaralarının ciddi olduğunu görüb, polisə məlumat verdim".

Qeyd edək ki, Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini Könül Bəhlul qızı Dünyamalıyevanın himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Telman Rafiq oğlu Dünyamalızadəyə işgəncə verməsi ilə bağlı məlumat yayılıb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Tarix
2020.02.12 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla