Yuxarı

MSK sədri: Yalvarıram ki, Mehman Hüseynovun...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MSK sədri: Yalvarıram ki, Mehman Hüseynovun...

1300 namizədin 13-ü, 13-ü olmasın, 23-ü, 23-ü olmasın, 53-ü gəlib MSK-nın binası qarşısında aksiya keçirdi. Qalib gəlməyən namizəd narazı olar, onun razı olması təəccüb doğurar.

Axar.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.

O, daha sonra deyib:

“Biz də deyirik ki, gəl, narazlığını bildir. Mən aksiya günü köməkçilərimi, MSK katibliyinin müdirini, MSK katibini ora göndərdim. Onlar dövlət orqanının qanunla, zamanla tənzimlənən işini görməyə mane olurlar. Mən özüm şəxsən onlara 6 saat şərait yaratdım. Hamıdan xahiş edirəm, hətta yalvarıram ki, Rəbiyyə Məmmədovanın, Mehman Hüseynovun etibar etdikləri vəkillər onların görüntüləri əsasında şikayət hazırlasınlar, o görüntülər əsasında biz həmin məntəqələr üzrə nəticələri ləğv edək”.

M.Pənahov qeyd edib ki, fevralın 11-də baş tutan aksiya ümumi fon yaratmağa xidmət edirdi:

“Özü də mənfi fon yaradır. Əgər müsbət olsa, bu, bizim işimizə xidmət edər. Onların dediklərini yerinə yetirsək, cəmi iki-üç faiz dairdə nəticələrdə dəyişiklik olar. Həmin aksiya öz-özlüyündə Azərbaycanda ictimai-siyasi vəziyyətin normal olmasının göstəricisi idi. Mən özüm həmin kadrlara – binamızı xarici telekanallarda göstərmələrinə baxıb ləzzət alırdım. Axşamüstü gəlmişdilər, bir az da tez gəlsəydilər, binamız daha gözəl görünərdi”.

Tarix
2020.02.13 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla