Yuxarı

“Azərişıq” reydlər keçirir: bu şəxslər cəzalandırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərişıq” reydlər keçirir: bu şəxslər cəzalandırılacaq

Bir sıra abunəçilər qanunsuz olaraq elektrikölçmə cihazlarına müdaxilə edirlər. Bu müdaxilələr əsasən maqnit və digər kənar vasitələrlə həyata keçirilir.

Axar.az xəbər verir ki, bunu Azərişıq ASC-nın enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib. O bildirib ki, belə hallar əsasən fərdi yaşayış evlərində, MTK-larda, iaşə obyektlərində qeydə alınır:

“Son 1 ildə quraşdırılan sayğaclarda antimaqnit funksiyası var. Amma digər sayğaclarda bu funksiya yoxdur. Hazırda reydlər keçirilir və tezliklə bu reydlərin nəticələri açıqlanacaq. Sayğaclara müdaxilə edən abunəçilərə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə müvafiq tədbirlər görüləcək”.

Qurum rəsmisi onu da deyib ki, yaxın gələcəkdə 1 milyona yaxın sayğacın dəyişdirilməsi planlaşdırılır:

“Son 5 ildə 1 milyon 200 min yeni sayğac quraşdırılıb. İndi isə 1 milyona yaxın istismar müddətini keçmiş sayğacın dəyişdirilməsi işləri həyata keçiriləcək”.

Tarix
2020.02.27 / 16:49
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla