Yuxarı

Tanınmış azərbaycanlı akademik vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış azərbaycanlı akademik vəfat etdi

Moskvada tanınmış azərbaycanlı hüquqşünas, akademik Cahangir Kərimov vəfat edib.

APA xəbər verir ki, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cahangir Kərimov ömrünün 92-ci ilində dünyasını dəyişib.

Akademiklə vida mərasimi Rusiya paytaxtında keçirilib. Mərasimdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri, Rusiyanın görkəmli elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cahangir Abbas oğlu Kərimov 1923-cü ildə Bakıda doğulub. 1942-ci ildə Bakıda hərbi məktəbi bitirdikdən sonra Böyük Vətən Müharibəsində yollanıb. 1946-cı ildə Ümumittifaq Hüquq İnstitutunu bitirdikdən sonra müxtəlif vəzifələrdə çalıb. 1965-1969-cu illərdə Leninqrad Dövlət Universitetinin prorektoru olub.

Akademik Cahangir Kərimov hüquq elminin fəlsəfi problemləri, sosial planlaşdırma, idarəetmə və nəzəriyyə üzrə mütəxəssis olub. O, 800-dən çox elmi məqalənin, 40-dan çox monoqrafiyanın müəllifidir.

Tarix
2015.03.02 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

İrandan ölkəmizə təxliyə edilən vətəndaşların sayı...

Müctəba Xamenei sağdırmı? - Fakt və müəmma

Naxçıvana hücum: Sudan lideri Əliyevə məktub ünvanladı

İranı hansı aqibət gözləyir? – Zülfüqarov

Azərbaycan Göyçə istiqamətində irəliləyib? - Xəritə

Azərbaycanla münasibətlər ağlasığmaz şəkildə dəyişib - ABŞ

ABŞ-ın Azərbaycana ixracı kəskin artıb - Kessler

"Veysəloğlu"nun ənənəvi illik tədbiri keçirildi - Foto

Niderland səfirliyi Tehrandan Bakıya köçürüldü

Şara və Əliyev Yaxın Şərqi müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla