Yuxarı

Əlillik müayinəsi üçün göndəriş formaları asanlaşdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt-sisteminin tətbiqi əlillik təyinatının tam avtomatlaşdırılması yolu ilə bu sahədə məmur-vətəndaş təmaslarının minimuma endirilməsinə və şəffaflığın təminatına yönəlib.

Axar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ƏƏSMN-nin Şirvan şəhərində əlillik təyinatı üçün göndəriş formalarının təkmilləşdirilməsi məsələlərinə dair keçirdiyi zona müşavirəsində bildirib.

Müşavirədə Şirvan şəhərinin, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, İmişli, Saatlı, Beyləqan, Xocavənd rayonlarının TSEK-lərinin və səhiyyə müəssisələrinin, habelə həkim-məsləhət komissiyalarının məsul şəxsləri və əməkdaşları iştirak edib. Nazir müavini bildirib ki, hazırda əlillik müayinəsinin aparılması üçün Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) göndəriş formaları bu sistem vasitəsilə, yəni elektron qaydada göndərilir və aparılmış müayinənin nəticələri sistemdə yaradılmış elektron bazaya daxil edilir. Yeni sistemin tətbiqi ilə bağlı qeyd olunan göndərişlərin düzgün və əlilliyin dəqiq müayinəsinə imkan verən formada tərtibi diqqətdə saxlanılır.

Bildirilib ki, səhiyyə müəssisələri tərəfindən həmin göndərişlərin həm 18 yaşadək, həm də bu yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulan formaları təsdiq olunub.

Müşavirədə TSEK-lərin, səhiyyə müəssisələrinin, həkim-məsləhət komissiyalarının rəhbər şəxslərinin və əməkdaşların qeyd olunan məsələlərlə əlaqədar rəy və təklifləri dinlənilib, ətraflı müzakirələr aparılıb.

Tarix
2015.03.12 / 19:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Laçın Zirvəsindən “Orta güc”ün mühüm mesajları...

Prezidentin Laçın aeroportundan paylaşımı - Video

Ərdoğandan Laçın aeroportu ilə bağlı paylaşım...

“3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı...

Azərbaycan və Avropa Birliyi razılığa gəldi

Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...

Hər üç ölkənin Qəzza ilə bağlı mövqeyi... - Şərif

Kanada səfiri Azərbaycanı təbrik etdi

Onlar İlham Əliyevi təbrik etdi

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla