Yuxarı

ASAN yeni formada fəaliyyətə başladı - Video-təlimat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən ASAN Xidmət mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

Axar.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 24-də müvafiq qərar qəbul edib.

Qərara əsasən ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində müvafiq tarixdən etibarən vətəndaşların qəbulu ASAN Xidmət mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək.

Növbə tutmaq üçün ASAN Xidmət mobil təbiqi IOS və Android əməliyyat sistemlərindən yüklənilir. Eyni zamanda www.asan.gov.az saytındakı "Onlayn növbə" funksional bölməsi vasitəsi ilə və 108 Çağrı Mərkəzinə zəng etməklə növbə götürülə bilər.

Mobil tətbiqə dair videotəlimat burada!

Əvvəlcədən növbə əldə etməmiş vətəndaşların mərkəzlərdə qəbulu həyata keçirilməyəcək.

ASAN Xidmət və ASAN Kommunal mərkəzləri karantin rejimindən öncəki qaydada fəaliyyət göstərəcək.

Vətəndaşları qəbul edəcək mərkəzlər insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşları mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırıb.

Eyni zamanda Dövlət Agentliyi vaxtın düzgün idarə olunması üçün ASAN Xidmət” və ASAN Kommunal mərkəzlərindən yararlanmaq istəyən vətəndaşlara yaşayış yerini tərk etmək istədikdə öncə onlayn növbə götürməyi və daha sonra SMS müraciət sistemindən yararlanmağı tövsiyə edib.

Tarix
2020.04.27 / 00:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna xarici işlər naziri Bakıya gəlir

İlbər Ortaylıdan etiraf: Biz azərbaycanlıları görmürdük

Orban Əliyev və digər liderlərə belə təşəkkür etdi - Video

Prezidentin X hesabında Budapeşt səfərindən video yayıldı

İsrail və Türkiyə Bakı görüşündən sonra "qaynar xətt" yaratdı

İlham Əliyevin Budapeşt səfəri başa çatdı

Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan

Paşinyanın imzaladığı sülh sazişini ləğv edə biləcəyikmi?

İtaliyalı general Bakıda HDQ-ni ziyarət etdi - Video

ADY nümayəndələri Çində forumda iştirak etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla