Yuxarı

Xətaidə ictimai işə cəlb olunanlar nələr edir? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidə ictimai işə cəlb olunanlar nələr edir? - Foto

Ölkə başçısı cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması, işsizlik səviyyəsinin minimuma endirilməsi məqsədilə respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Xətai rayonunda da sakinlərin ödənişli ictimai işlərə cəlb olunması tədbirləri uğurla davam etdirilir.

Rayon İcra Hakimiyyətindən Axar.az-a verilən məlumata görə, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi vasitəsilə aprel-may ayları üzrə yaradılan ictimai iş yerləri ilə təmin olunmaq üçün Xətai rayon Məşğulluq Mərkəzinə 1300-dən artıq müraciət daxil olub, onlardan aylıq məvacibləri ödənilməklə 800-dən artıq işsiz müxtəlif işlərə cəlb edilib. Hazırda bu işçilərin bir qismi Məzahir Rüstəmov, İnqilab İsmayılov, Şirvani, Qaçaq Nəbi küçələrində və rayonun digər ərazilərində aparılan abadlıq-quruculuq işlərində fəal iştirak edirlər.

Yeni yaradılan iş yerləri həmçinin dezinfeksiya işlərini, həssas qruplara sosial xidmətlərin göstərilməsi, karantin dövründə ehtiyaclı ailələrə maddi yardımların çatdırılması və s. kimi sahələri əhatə edir. Xətai rayon sakinlərinin diqqətinə bi daha çatdırılır ki, karantin rejimi dövründə işsiz qalmış şəxslər ödənişli ictimai işlərə cəlb olunmaları ilə bağlı rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng edə və ya elektron qaydada müraciət ünvanlaya bilərlər. (Tel: (+99412) 490-08-08, E-mail: [email protected]).

Tarix
2020.04.30 / 12:02
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla