Yuxarı

Cərimələr niyə ləğv edilməlidir? - DYP-dən cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cərimələr niyə ləğv edilməlidir? - DYP-dən cavab

Dövlət Yol Polisi əməkdaşları tərəfindən ayın 13-dək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib.

Axar.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünas və ekspertlərin DYP-nin yazdığı cərimələrin ləğv olunması ilə bağlı Baş nazir Əli Əsədova müraciətindən danışarkən deyib. Onun sözlərinə görə, sözügedən qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb:

"O qərarlar niyə ləvg olunmalıdır? Həmin qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb. Yaxşı olardı ki, həmin şəxslər ayın 12-nə kimi verilən qərarlara baxsınlar. Görsünlər ki, o inzibati xətalar üzrə qərarları hansı əməkdaşlar çıxarıb. Yəni həmin qərarların bir çoxu polis sahə rəisləri, rəis müavinləri tərəfindən çıxarılıb. Yol polisi əməkdaşları tərəfindən ayın 13-dək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib”.

Kamran Əliyev qeyd edib ki, o vaxtadək Yol Polisi Xidməti əməkdaşlarının həmin maddə üzrə qərar qəbul etmək səlahiyyəti olmayıb:

"Bu səlahiyyət aprelin 13-də qüvvəyə mindi. Səlahiyyət Dövlət Yol Polisi əməkdaşlarına verildikdən sonra bizim tərəfdən həmin maddə üzrə qərar qəbul edilib”.

Qeyd edək ki, bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünas və ekspertlər Baş nazir Əli Əsədova müraciət edib. Müraciətdə bildirilir ki, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13.04.2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti olmayıb. Ona görə də DYP-nin bu tarixə qədər İXM-nin 211-ci maddəsi üzrə tərtib etdiyi bütün inzibati tənbeh verməyə dair qərarları ləğv olunmalıdır.

Tarix
2020.05.23 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla