Yuxarı

Qarayev ona toyqabağı ev bağışlayıb, həm də...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarayev ona toyqabağı ev bağışlayıb, həm də...

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev və onun ətrafındakı söz-söhbətlərin, qalmaqalların ardı-arası kəsilmir.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, indi isə bir neçə gün əvvələ qədər Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətovun jurnalistlər üçün ayrılan binalardan iki ev alması haqda məlumatlar yayılıb.

Bildirilir ki, Dövlət Təhlükəsizlik Xidməti nazirlikdə əməliyyat keçirən zaman İntiqam Hümbətov da məhz buna görə saxlanılaraq dindirilib və sonradan sərbəst buraxılıb.

Əvvəlcə sayt dəqiqləşdirib ki, İ.Hümbətov ailə həyatı quran zaman nazir Əbülfəs Qarayev ona ev bağışlayıbmış.

İ.Hümbətov barəsində deyilən fikirlərə münasibət bildirmək istəməyib. O, jurnalistlərin binasından iki ev alması, nazirin ona mənzil bağışlaması haqda danışmaqdan imtina edib. Ancaq məlumatı təkzib də etməyib.

Bundan başqa İ.Hümbətov DTX tərəfindən saxlanılması və dindirilməsi haqda məlumatlara da münasibət bildirmək istəməyib.

Xatırladaq ki, Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu həbs edilib.

İttihama görə onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nazirliyin vəzifəli şəxslərindən müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə məsuliyyətə cəlb ediliblər.

Bir neçə gün əvvəl isə Ə.Qarayev nazir vəzifəsindən azad edilib.

Tarix
2020.05.25 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla