Yuxarı

Vilayət Eyvazovun özəl günü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vilayət Eyvazovun özəl günü

Bu gün Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun doğum günüdür.

Axar.az xəbər verir ki, V.Eyvazovun 52 yaşı tamam olur.

Vilayət Süleyman oğlu Eyvazov 1968-ci il 28 iyunda Naxçıvanın Əbrəqunis kəndində anadan olub. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib, Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi, Daxili İşlər nazirinin birinci müavini vəzifələrində işləyib.

Vilayət Eyvazov 20 iyun 2019-cu ildən Azərbaycan Respublikasının Daxili İşlər naziridir.

2004-cü ildə general-mayor, 2006-cı ildə general-leytenant, 2019-cu ildə general-polkovnik ali hərbi rütbəsi alıb.

2002-ci ildə “Azərbaycan Bayrağı”, 2014-cü ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə", 2018-ci il 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.

Tarix
2020.06.28 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla