Yuxarı

Yevlaxda korona əleyhinə reydlər keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yevlaxda korona əleyhinə reydlər keçirildi - Foto

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Yevlax Rayon İcra Hakimiyyətindən Axar.az-a verilən məlumata görə, qurum başçısı Anar Tağıyevin rəhbərliyi ilə Rayon Prokuroru, Rayon Polis İdarəsinin rəisi, aidiyyəti qurumların məsul nümayəndələri, Bələdiyyənin əməkdaşları, fəal gənclər və könüllülərdən ibarət yaradılan mobil qruplar tərəfindən reydlərə başlanılıb. Reydlər zamanı fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində həyata keçirilən reydlər zamanı vətəndaşlarla maarifləndirmə işləri aparılır, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilir və Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə sonuncu dəfə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilir.

Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilir.

Rayonda keçirilən reyd və maarifləndirmə tədbirləri axşam saatlarında da davam etdirilərk və karantin dövründə hər gün davam etdiriləcəkdir.

Tarix
2020.07.03 / 01:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla