Yuxarı

Maskotlar vətəndaşları belə məlumatlandıracaq - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maskotlar vətəndaşları belə məlumatlandıracaq - Foto

Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) fəaliyyətə başladığı ilk günlərdən etibarən, respublikanın şəhər və rayonlarında könüllüləri səfər edib, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsini həyata keçirib.

Azərbaycan Gənclər Fondundan Axar.az-a bildirilib ki, ötən aylarda könüllülər tərəfindən icra olunan “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində vətəndaşların maarifləndirilməsi məqsədilə bir çox kreativ layihələr keçirilib.

Hazırda da xüsusi karantin rejiminin qaydaları çərçivəsində könüllülər ictimai məkanlarda vətəndaşların maarifləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir, sosial məsafə, maskadan istifadə və qaydalara düzgün riayət edilməsinin vacibliyini insanların diqqətinə çatdırırlar.

Görülən işlərin daha geniş çərçivədə təsir qüvvəsini artırmaq məqsədilə, növbəti maraqlı addım atılıb.

Belə ki, könüllülərin ərazidə olmadığı müddətdə vətəndaşlara pandemiya dövründə əsas davranış qaydalarını xatırladacaq xüsusi maskotlar ölkə ərazisində sərt karantin rejimi tədbiq edilmiş rayon və şəhərlərdə ictimai məkanların qarşısında yerləşdiriləcək.

“Məsafə saxla və sağlamlığının qeydinə qal!”, “Bir-birimizi qoruyaq!”, “Maskadan istifadə et, özünü qoru!” şüarları yazılmış maskotlar yerləşdirildikləri ərazidə sakinlərə pandemiyanın xüsusi qaydalarına əməl etməklə bağlı daim xatırlatma etməklə, virusun yayılmasının qarşısını almağa töhvə vermiş olacaqlar.

Tarix
2020.08.05 / 22:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla