Yuxarı

Vizasız gedə biləcəyimiz 58 ölkə - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vizasız gedə biləcəyimiz 58 ölkə - Siyahı

"Azərbaycan pasportu ilə 58 ölkəyə vizasız səfər etmək olar".

 

Axar.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev öz Feysbuk səhifəsində qeyd edib.

 

O, ən xoşbəxt vətəndaşlar reytinqində 1-ci pilləni Finlandiya, Almaniya, İsveç, ABŞ və Böyük Britaniya vətəndaşlarının tutduğunu bildirib:

 

"Henley and Partners konsaltinq şirkəti"nin ekspertləri pasportların effektivlik reytinqini tərtib ediblər. Bal əsasında tərtib edilən reytinq cədvəlində Azərbaycan Qırğızıstan və Beninlə birgə 70-ci yeri bölüşüb. Reytinqə görə, Azərbaycan pasportu ilə 58 ölkəyə vizasız səfər etmək olar. Reytinqə ümumilikdə 219 ölkə-ərazi daxil edilib və 94 mövqedən ibarətdir. Hər yerdə bir neçə ölkə təmsil olunur. Bal pasport sahibinin vizasız gedə bildiyi ərazilərin sayı əsasında hesablanır.

 

Məlum olub ki, ən xoşbəxt vətəndaşlar reytinqində 1-ci pilləni tutan Finlandiya, Almaniya, İsveç, ABŞ və Böyük Britaniya vətəndaşlarıdır. Onlar 174 ölkəyə vizasız daxil ola bilərlər. Müqayisə üçün bildirək ki, 2014-cü ildə müstəqil dövlətlərin sayı 195 olub.

 

Reytinqdə ən sonuncu - 94-cü yeri bölüşən ölkə Əfqanıstandır. Ölkə vətəndaşları 28 ölkəyə gedə bilər. Ən qapalı ölkə sayılan Şimali Koreya cədvəldə 86-cı, qonşusu Cənubi Koreya isə 3-cü yerdədir".

 

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələri təqdim edirik:

 

I qrup üzrə Azərbaycan və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları aşağıdakı dövlətlərə vizasız gediş-gəliş əldə edə bilərlər:

 

Albaniya, Almaniya, Argentina, Avstriya, Belçika, BƏƏ, Bolqarıstan, Bosniya və Herseqovina, Braziliya, Çin, Çexiya, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, İndoneziya, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kolumbiya, Koreya, Kipr, Kuba, Küveyt, Latviya, Litva, Liviya, Lüksemburq, Macarıstan, Malta, Meksika, Mərakeş, Monteneqro, Niderland, Pakistan, Polşa, Peru, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Suriya, Türkiyə, Türkmənistan, Yunanıstan, Vyetnam, Uruqvay.

 

II qrup üzrə isə Azərbaycanın və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, diplomatik, xidməti və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar:

 

Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya,  Tacikistan, Ukrayna, Türkiyə, İran.

Tarix
2015.04.11 / 15:48
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla