Yuxarı

Novruzov da Yaqublunun azad edilməsini istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Novruzov da Yaqublunun azad edilməsini istəyir

Tofiq Yaqublunun azad olunması ilə bağlı hakimiyyətlə aparılan danışıqlar ümidvericidir. Biz hamımız istəyirik ki, o, azadlığa çıxsın.

Bunu Axar.az-a açıqlamasında Tofiq Yaqublunun azadlığa çıxması üçün yaradılan İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfərovlu Qarabağ qazisi Tofiq Yaqublunun həbsdən azad edilməsi ilə bağlı hökumətlə aparılan danışıqlar barədə danışarkən deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, hazırda İşçi Qrupunun digər üzvü Çingiz Qənizadə də bütün kanalları işə salaraq aidiyyəti üzrə danışıqlara başlayıb:

“Çalışırıq ki, bütün əhatəli insanlarla söhbət aparaq. Bu məsələnin Apellyasiya Məhkəməsində həll olunmasına çalışırıq. Əliməmməd Nuriyev də bu məsələ ilə məşğuldur”.

Novella Cəfəroğlu bildirib ki, nəticələr ümidvericidir:

“Millət vəkilləri Qüdrət Həsənquliyev və Fazil Mustafa da Tofiq Yaqublunun azadlığa çıxması üçün çağırış edib. Hökumət daxilində bunu istəyənlər var. Hətta YAP-çı millət vəkili, Milli Məclisin komitə sədri Siyavuş Novruzov da hesab edir ki, Tofiq Yaqublu Qarabağ qazisi olduğu üçün həbsdə qalmamalıdır”.

Qeyd edək ki, İşçi Qrup Tofiq Yaqublunun Qarabağ qazisi və səhhətində problemlər olduğunu nəzərə alaraq, onun həbsxanadan azad edilməsinə çalışır.

Tarix
2020.09.10 / 14:28
Müəllif
Tural Turan
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla