Yuxarı

Prezidentin ayırdığı vəsait hara xərclənəcək? - Komitə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin ehtiyat fondundan ayrılan vəsait yeni əlavə yaşayış sahələrinin tikintisinə yönəldiləcək. Prezident İlham Əliyevin sentyabrın 25-də imzaladığı sərəncam məcburi köçkünlərin sosial problemlərinin həllinin dövlət siyasətinin prioritetlərindən olduğunu bir daha təsdiqləyir.

Bu barədə Axar.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

"Prezident İlham Əliyev sentyabrın 25-də “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi məcburi köçkünlərin problemlərinin kompleks həlli üçün geniş imkanlar açır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində dövlət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə dünyadakı iqtisadi və maliyyə böhranı, həmçinin bu ilin mart ayından etibarən davam edən koronavirus pandemiyası ölkəmizdə heç bir sosial layihənin, o cümlədən məcburi köçkünlərlə bağlı layihələrin icrasını dayandırmayıb.

Cənab Prezidentin təsdiq etdiyi Dövlət Proqramına və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında hazırlanmış Yol xəritəsinə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış məhəllərinin inşası davam etdirilir.

Bu ilin sonunadək respublika ərazisində daha 5 yeni qəsəbə istifadəyə veriləcəkdir. Belə ki, Bakı şəhərinin Qaradağ rayonunda, “Ümid” qəsəbəsində 180 ailəlik məhəllə - istifadəyə hazırdır. Sabunçu rayonunun Ramanı qəsəbəsi ərazisində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 1512 ailəlik, Samux rayonu ərazisində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 200 ailəlik, Abşeron rayonunda, “Sumqayıt stansiyası” adlanan ərazidə bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 1890 ailəlik, Binəqədi rayonundakı Xocasən qəsəbəsində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 810 ailəlik yeni məhəllələrdə iş davam edir", - Dövlət Komitəsindən bildirilib.

Tarix
2020.09.25 / 23:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla