Yuxarı

Oktyabrda hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:26

Oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 20-24, dağlarda gecə 4-8, gündüz 9-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

***

Oktyabr ayında gözlənilən hava proqnozu açıqlanıb. Havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir. Oktyabrın birinci ongünlüyünün ilk günlərində əsasən şimal və qərb rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 15-17° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16°, gündüzlər 20-24° isti, üçüncü ongünlüyün bəzi günlərində 15-18° olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-40 millimetr) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr temperaturun 6-11°, gündüzlər 23-28°, bəzi günlərdə 18-23° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 millimetr) olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperatur 7-11° isti olacaq. Bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 3-8° isti, bəzi günlərdə 0-2° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 0-3° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 49-56 millimetr) olacağı ehtimal edilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperaturun 11-16°, gündüzlər 18-23°, bəzi günlərdə 16° dərəcəyədək isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-61 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 11-14° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12°, dağlarda 0-5° isti, bəzi günlərdə 2-5° şaxta, gündüzlər 15-20° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 34-126 millimetr) proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 15-17° isti olacaq. Bu da iqlim norması daxilindədir. Gecələr temperaturun 11-16°, gündüzlər 19-24°, bəzi günlərdə 16°-dək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 37-54 millimetr), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 11-16° isti olacağı ehtimalı var. Bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13°, dağlarda 3-7° isti, bəzi günlərdə 0°-yə yaxın, gündüzlər 17-22° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 96-274 millimetr) gözlənilir.

Tarix
2020.09.30 / 19:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla