Yuxarı

Tanınmış meyxanaçının arvadı həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış meyxanaçının arvadı həbs olundu

Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin əməkdaşları məşhur meyxanaçının həyat yoldaşını həbs ediblər.
 
APA xəbər verir ki, saxlanılan qadın bir neçə evdən oğurluq etməkdə təqsirləndirilir. Əslən Yevlaxdan olan 1985-ci il təvəllüdlü Leyla Namiq qızı Abdullayeva dilənçilik edib pul qazanmadığı təqdirdə özünü narahat hiss etdiyini deyir. Bunun yaxşı əməl olmadığını etiraf edən qadın  həyat yoldaşı ilə mübahisəsinin bunun üstündə düşdüyünü təsdiqləyib:


"Yoldaşım məni dəfələrlə döyüb. O çox gözəl adamdır, amma mən çox pis insanam. Onu hər yerdə biabır etmişəm".


Xatırladaq ki, bir həftə əvvəl analoji ittiham əsasında Leyla Abdullayevanın qardaşı İsmayıl Vəliyev də həbs olunub. İstintaqla müəyyən edilib ki, dilənçilik adı ilə getdiyi evlər barədə məlumatı qardaşına Leyla ötürüb. Qardaşı ayda bir dəfə Yevlaxdan Bakıya gələrək müəyyən edilmiş evlərdən oğurluq edib.
İsmayıl Vəliyev oğurluq etdiyi mənzilləri artıq xatırlamadığını deyib:
 
"Girdim evə, hansı ev olduğu yadımda deyil. 7.900 manat pul idi, götürdüm, aparıb xərclədim"


İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər martın 24-də Yasamal rayonu Kazımzadə küçəsində Allahyar Həsənovun evindən pəncərədən keçməklə 450 manat, ötən ilin sentyabrın 17-də Xəzər rayonu Şağan qəsəbəsi, İsgəndərov küçəsində Fuad Dadaşova, Zülfüqar Babayevə və  Rafael Talıbova məxsus evlərdən qızlı-zinət əşyaları və 3000 manat, martın 2-də Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yaşayan Rasib Ələkbərovun evindən 3500 manat dəyərində qızıl-zinət əşyaları ələ keçiriblər.


Leyla Abdullayeva yoldaşının tanınmış meyxanaçı olduğunu deyib: 

 

"Yoldaşım mənim ucbatımdan biabır olub. O toylara gedəndə, mən evdən çıxırdım. Yoldaşım meyxanaçıdır".
Polis bu şəxsləri görüb tanıyan vətəndaşlardan BŞBPİ-yə müraciət etmələrini xahiş edir.

 

Tarix
2015.04.30 / 21:33
Müəllif
Axar.az
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla