İlin sonunadək Azərbaycan Hava Yolları QSC-nin (AZAL)
daha 4 təyyarəsinin göyərtəsində rabitə və məlumat ötürülməsi
xidmətlərindən istifadə etmək mümkün olacaq.
Bunu Trend-ə
"Azerfon" şirkətinin (Nar-ın ticarət markası) satış üzrə direktoru
Samir Məmmədov deyib.
O bildirib ki, rabitə xidməti AZAL-ın uzaq məsafələrə uçuşlar
həyata keçirən sərnişin təyyarələrində işə salınacaq. Hazırda
AZAL-ın 9 təyyarəsində, xüsusi ilə "Airbus" avialaynerlərində
rabitə xidmətindən istifadə etmək olar.
Qeyd edək ki, "Azerfon" 2013-cü ilin fevralından AZAL-ın
təyyarələrində mobil rabitə xidmətlərini göstərməyə başlayıb.
Təyyarələrin göyərtəsində daxil və xaric olan zənglərin 1
dəqiqəsinin qiyməti 2 manatdır. SMS göndərişi 0,50 manat təşkil
edir. Daxil olan SMS pulsuzdur. MMS-in göndəriş qiyməti 2,6 manat,
1 meqabayt GPRS isə 9 manatdır.