Yuxarı

Gəncə terroru: 10 qadın, 6 uşaq olmaqla 26 nəfər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncə terroru: 10 qadın, 6 uşaq olmaqla 26 nəfər...

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinin 04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycanı, eyni zamanda dünya mədəni irsini, ümumbəşəri dəyərləri hədəf aldığını, özünün uzun illərdən bəri sürən vandalizm siyasətini bir daha nümayiş etdirib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən Ermənistan Respublikasının silahlı qüvvələrinin törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə “Ermənistan təcazvüzünün qurbanı Gəncə barədə nə bilirsiniz?” başlıqlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb.

Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcəkdir.

Tarix
2020.10.29 / 10:01
Müəllif
Axar.az
Digər xəbərlər

İranın tələbi rədd ediləcək, İsrail dayanmayacaq - Ekspert

ABŞ hədəfinə çatmadı, müharibə davam edəcək - Politoloq

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla