Yuxarı

Poçt göndərişlərinin izlənməsi elektronlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Poçt göndərişlərinin izlənməsi elektronlaşdı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Poçt göndərişlərinin izlənilməsi" xidməti "Elektron hökumət" portalı üzərindən göstəriləcək.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, nazirliyin "Poçt göndərişlərinin izlənilməsi" xidməti portala inteqrasiya olunub.

Bu xidmət vasitəsilə nazirliyin "Azərpoçt" MMC-nin şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin qəbul, çeşidləmə, daşınma və çatdırılma kimi keçid mərhələlərinin internet vasitəsilə izlənilməsi həyata keçirilir.

Xidmətin göstərilməsi üçün poçt göndərişinin unikal poçt identifikatorunu - 13 simvoldan ibarət ştrixkod nömrəsini müvafiq sahəyə daxil etmək tələb edilir. Ştrix-kod nömrəsi poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə verilən qəbzdə göstərilir.

Sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişinin qəbul məntəqəsindən çatdırılma məntəqəsinədək keçdiyi bütün mərhələləri özündə əks etdirən məlumatlar cədvəl şəklində ekranda göstərilir.

Tarix
2015.05.06 / 14:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əliyevin Gürcüstan səfəri: Bu əlaqələr genişləndirilir!

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

Azərbaycanda dollar ucuzlaşdı

İlham Əliyev İvanaşvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla