Yuxarı

Düşmənə ağır zərbələr endirən Aybek - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşmənə ağır zərbələr endirən Aybek - Foto

Topçu Aybek Rizmanov Saatlının Şirinbəyli kəndində dünyaya göz açıb. Əslən axısqa türkü olan gənc orta məktəbi oxumaq üçün Türkiyəyə köçsə də, hərbi xidmətini yerinə yetirmək üçün doğma Vətəni Azərbaycana qayıdır. O, topçu olaraq xidmətini yerinə yetirir. Sentyabrın 27-dən başlayan döyüşlər zamanı düşmənə ağır zərbələr endirən Aybek bu xidmətinə görə təltif də edilib.

Axar.az xəbər verir ki, tariximizin şanlı səhifəsi olan Vətən müharibəsində Azərbaycan əsgərinin zəfər yürüşü düşmənin pərən-pərən düşməsi ilə nəticələndi. İndi hər kəs belə oğullarla fəxr edir, ən çox da onların aiələri.

Erməni hərbi birləşmələrinə vurulan zərbələrdə Aybek Rizmanovun da xidməti az deyil. Topçu əsgərin dayısı Rüstəm Cabbarov deyir ki, onun xidmətinə görə təltif edilməsi xəbərini eşidəndən bəri sevincləri yerə-göyə sığmayıb. Torpaqlarımızın azad olunmasında bacısı oğlunun da iştirak etməsindən hədsiz qürur duyur.

Qəhrəman əsgərin bibisi Güldəstə Cabbarova da Aybek kimi əsgərlərimizlə fəxr etdiyini söyləyərək bildirib ki, onların cəbhədən gələn zəfər xəbərləri arxa cəbhədə hər kəsə əvəzsiz bir hədiyyə olub.

Topçu əsgərin digər dayısı Oran Fəzliyev isə Aybekin şücaəti haqqında telefonuna gələn zənglə xəbər tutub. “Evdə idim, dost-tanış zəng etdi ki, Aybeki televiziya kanallarında göstəriblər. Bu xəbəri eşidəndə çox qürurlandım. Bu hissi ifadə edə bilmirəm. Çox sevindim, ürəyim dağa döndü ki, ucqar bir kənddə böyüyən uşaq indi Vətənin keşiyində qəhrəmanlıq nümayiş etdirir”, - deyə Aybekin dayısı bildirib.

Tarix
2020.11.16 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

Böyük Britaniya səfiri Azərbaycanı tərk edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla