Yuxarı

Prezident Polis Akademiyasına yeni rəis təyin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Polis Akademiyasına yeni rəis təyin etdi

Prezident İlham Əliyevin sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün, 2020-ci il noyabrın 20-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasına gedərək C.Daanovu həmin təhsil müəssisəsinin şəxsi heyətinə təqdim edib. Nazir əmin olduğunu bildirib ki, Akademiyada təlim-tədris prosesinin davamlı olaraq təkmilləşdirilməsi, yüksək ixtisaslı, müasir dövrün çağırış və təhdidlərinə cavab verən, informasiya texnologiyaları ilə peşəkarcasına işləməyi bacaran yeni nəsil polis əməkdaşlarının hazırlanması sahəsində tədbirlər gücləndiriləcək və daha məqsədyönlü xarakter daşıyacaq.

Polis polkovniki Canpolad Daanov ona göstərilən yüksək etimada görə ölkə və DİN-in rəhbərliyinə dərin minnətdarlığını bildirib, bu etimadı doğrultmaq üçün bilik və bacarığını əsirgəməyəcəyinə söz verib.

Tarix
2020.11.20 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla