Yuxarı

Ağdam haqda maraqlı məlumatlar: “Ruhlar şəhəri”...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdam haqda maraqlı məlumatlar: “Ruhlar şəhəri”...

70 yaşlı Ağdam rayonu 27 illik istiladan sonra bu gün Azərbaycan Ordusuna təhvil verildi. Bu, noyabrın 10-da imzalanan üçtərəfli bəyanat əsasında baş tutdu.

Axar.az xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu bildirib.

O, Ağdamla bağlı maraqlı məlumatları bölüşüb:

“Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri Ağdam rayonunun ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etmişdi. Rayon mərkəzi və kəndləri işğalda qaldığı dövrdə dağıdılmış və xarabalığa çevrilmişdi. Rayonun 204 min nəfər əhalisi var və onların əksəriyyəti respublikanın müxtəlif şəhər və rayonlarında məcburi köçkün kimi məskunlaşıb.

Ağdam Qarabağın giriş qapısı sayılır.

Ağdam I Qarabağ savaşında ən çox şəhidi olan rayondur.

Ağdam Xudu Məmmədov, Famil Mehdi, Rafiq Əliyev, Qədir Rüstəmov, Qurban Pirimov kimi nəhənglər yetişdirib.

Ağdam Allahverdi Bağırov, Asif Məhərrəmov, Şirin Mirzəyev, Raquf Orucov kimi igid oğulların vətənidir. Ruhları şad olsun!

2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Xirosiması” adlandırıb.

2010-cu ildə “Əl-Cəzirə” Ağdamı “ruhlar şəhəri” siyahısına salıb.

2014-cü ildə alman bəstəkarı və pianoçusu Hausçka fortepiano üçün yazılan “Ağdam” əsərini şəhərə həsr edib.

Ağdamın azad olunması münasibətilə ilk növbədə ağdamlı dostlarımıza və bütün Azərbaycan xalqına göz aydınlığı verirəm. İnanıram ki, Ağdam tezliklə Qarabağın ən abad və dilbər güşələrindən birinə çevriləcək”.

Tarix
2020.11.20 / 13:34
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla