Sevgilisi tərəfindən
öldürülən Aytac Babayeva müzakirəsi səngimək bilmir. Sosial
şəbəkələrdə onun adına səhifələr açılıb, Yutubda müxtəlif
videoçarxlar hazırlanıb.
Bu hadisədə qurbanın valideynlərini qınayanlar da var.
Bildirilir ki, ailəsi qızın İzzət Hüseynovla münasibətindən
xəbərdar olub.
Axar.az-a qətldən əvvəl baş verən bir nüansla bağlı məlumat
daxil olub. Bildirilir ki, Aytacın anası İzzətin aldığı hədiyyələri
gecə saatlarında oğlanın evinə aparıb və geri qaytarıb. İzzət
Aytaca hədiyyələr alırmış. Anası geri qaytaranda qızının ailə
quracağını söyləyib. Yalnız bundan sonra İzzət hiddətlənib və
affekt vəziyyətinə düşərək qətli törədib.
Xatırladaq ki, Xətai rayonunda 58 saylı orta məktəbin 11-ci
sinif şagirdi olan Aytac Nazim qızı Babayeva Bəhruz Nuriyev küçəsi
81 ünvanında vəhşicəsinə qətlə yetirilib. Onun kürəyindən 8 bıçaq
zərbəsi vurulub.