Yuxarı

Türk Şurasının nümayəndə heyəti Ağdama getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk Şurasının nümayəndə heyəti Ağdama getdi

11:52

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Füzuli rayonuna səfər edib. Nümayəndə heyəti TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.

Axar.az xəbər verir ki, əvvəlcə qonaqlar Füzuli-Şuşa yolunun tikintisi ilə tanış olublar. Sonra Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər. Məlumat verilib ki, ermənilər işğal etdikləri Füzuli şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Rayonda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Qonaqlar Füzuli şəhərinin küçələri ilə gəzib, dağıdılmış məscidin, mədəniyyət evinin və “Araz” qəzetinin redaksiyasının binalarına baxıblar.

Səfər zamanı TÜRKSOY-un dəstəyi ilə yeni nəşr edilən Türkiyənin milli şairi Kenan Çarboğanın “Kitabi-Dədə Qorqud” dastanı əsasında nəzmə aldığı “Korkutname” əsərinin təqdimatı olub.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva səfər barədə təəssüratlarını jurnalistlərə bölüşərək deyib: “Yenidən Füzuli şəhərinə gəldiyim üçün qürur hissi keçirirəm. Digər tərəfdən buradakı abidələri bu vəziyyətdə görmək ürəyimi ağrıdır. Minilliklərin sınağından keçən, tarixin yadigarı olan bu abidələr indi dağıdılmış vəziyyətdədir. Əslində, tariximizə, insanlığa yönəlmiş bir cinayətdir. Bu, məqsədyönlü cinayət əməlləridir. Dünya ictimaiyyəti tərəfindən mütləq pislənilməlidir. Əminəm ki, dövlətimiz buranı, eyni zamanda Şuşanı, Ağdamı, Zəngilanı, Kəlbəcəri, Qubadlı, Laçını və digər yerlərimizi bərpa edəcək, burada yenidən muğam səsləri eşidiləcək, sənətkarlarımız öz əsərlərini yaradacaqlar. Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondu da öz dəstəyini əsirgəməyəcək".

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdat Amreyev isə deyib: "Füzuli həqiqətən də yerlə-yeksan edilib. Düşünürəm ki, qardaş Azərbaycan xalqı Füzulini bərpa edəcək və bu şəhər ən gözəl, abad şəhərlərdən biri olacaq".

Tarix
2021.01.17 / 22:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla