Yuxarı

Akopyanın Moskva ziyafəti: 1900 dollarıq araq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akopyanın Moskva ziyafəti: 1900 dollarıq araq...

Ermənistanın Baş nazirinin arvadı Anna Akopyannın qızları ilə Rusiya Federasiyasının paytaxtındakı xoşbəxt turnesini davam etdirir.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, ailə üzvlərinin budəfəki Moskva səfərləri əvvəlkilərdən fərqlənir. Belə ki, onlar mühafizəçilərlə birgə Rusiya paytaxtının ən bahalı restoran və otellərində olurlar və bütün bunları sadə insanların kinli baxışları müşayiət edir.

Ermənilərin Teleqram-kanalı Anna Akopyanın qızları ilə 13 yanvarda “Ararat Xayat” otelindən Moskvanın ən elitar restoranı olan “Puşkin”ə Yeni ili qeyd etmək üçün yollandığını xəbər verir.

“Onları böyük sayda təhlükəsizlik əməkdaşları müşayiət edib, xanım Akopyana Ermənistanın Rusiyadakı səfirliyinin bütün heyəti xidmət edib”, - deyə bildirilib.

Restoranın qonaqları arasında digər ermənilərin də olduğu iddia edilib.

Ərinin rəhbərliyi ilə İrəvanın müharibədə məğlub olmasından sonra baş nazirin arvadının nəyi qeyd etdiyini başa düşməyiblər.

“Çoxları ona təəccüblənib ki, həmin gün Əliyev Şuşada öz qələbəsini qeyd edirdi”, - deyə müəllif yazıb.

Daha sonra bildirilir ki, restoranda olanlar Akopyanın və ətrafının lüks sifarişlərindən heyrətləniblər. Şahidlərin dediyinə görə, Akopyanın əyləşdiyi masada bir neçə şüşə “Veuve Clicquot” şampanı qoyulubmuş, hansı ki, bir şüşəsi 340 dollardır, həmçinin 1900 dollarlıq iki şüşə “Chateau Margaux” arağı olub.

Yazı müəllifi belə bahalı restorana ödənişi kimin etdiyini, yaxud ziyafətin dövlət hesabına təşkil edilib-edilmədiyini dəqiqləşdirmək üçün Anna Akopyanın ofisi ilə əlaqə saxlamağa çalışsa da, zənglərin cavabsız qaldığını qeyd edib.

Tarix
2021.01.20 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla