Yuxarı

Fond sədri Qaxda vətəndaşları dinlədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond sədri Qaxda vətəndaşları dinlədi

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Qax rayonunda vətəndaşlar üçün qəbul keçirib.

Fonddan Axar.az-a verilən məlumata görə, "Açıq qapı" şəraitində keçirilən görüşdə sosial sığorta ödəyiciləri və pensiyaçıların müraciətləri ilə bağlı konkret qərarlar qəbul olunub.

Fond sədrinin Qax rayon şöbəsinin inzibati binasında Qax, Şəki, Oğuz, Zaqatala və Balakən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün keçirdiyi qəbulda vətəndaşların müraciətləri dinlənilib.

Qəbula gələnlərin müraciətləri əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Qəbulda ümumilikdə 30-dan çox vətəndaşın müraciətlərinə baxılıb.

Qəbul zamanı bütün müraciətlər araşdırılıb və Elman Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib.

Tarix
2015.06.02 / 18:50
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

Prezident və xanımı Antalyada mühüm tədbirdə...

Bu nazirlikdə kollegiya iclası keçirildi

Türkiyədə şagird hücumları: Psixoloqlar çağırış etdi - Təhlükə

Azərbaycanla koordinasiyalı şəkildə... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla