Yuxarı

Bakıda tramvay xətləri: haranı əhatə edəcək? - Xəritə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Bakını tıxacsız, smart şəhər elementləri olan şəhər etmək istəyiriksə, ictimai nəqliyyat mükəmməl olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri yol-nəqliyyat eksperti Ərşad Hüseynov Bakı.vs-ə açıqlamasında deyib.

“Bakı kimi şəhərin böyük metro şəbəkəsi olmalıdır. Bu şəbəkənin 25 yox, 200 stansiyası olmalıdır. Burada avtobus və tramvay şəbəkəsinin mövcudluğu da mütləqdir.

Belə yanaşdıqda paytaxtın bütün ərazilərinə tramvay xətləri çəkilməlidir. Amma alqoritmin ikinci tərəfi var. Birinci növbədə o boyda tramvay xəttini çəkmək üçün böyük miqdarda investisiya lazımdır. İkinci növbədə isə şəhər küçələri sökülərək yenidən tikilməlidir.

Ona görə də tramvay şəbəkəsini düzgün yerdən başlamaq lazımdır. Həmin ərazidə yenidənqurma işləri aparılmalıdır. O işləri görərkən hərəkətin iflic olmaması üçün qabaqlayıcı tədbirlər görülməlidir.

Tutaq ki, göstərici üçün 300 metr tramvay xətti yaratdıq. Bunu yaratmaq üçün konkret inkişaf strategiyası, dəqiq hədəflər olmalıdır.

İnvestisiya tərəfi, həmin pulun geri qayıtma qabiliyyəti hesablanmalıdır. İşlər mərhələli şəkildə 300 metrdən başlayıb, 500, 1000 metrə qədər uzadılmalıdır. Daha sonra bu xətlər 2000, 3000 metrə çatdırılmalıdır. Belə olan halda tramvay xətti hörümçək toru kimi bütün əraziləri əhatə edəcək.

Bu işlər tədricən həyata keçirilərsə, bir çox küçələrdə, həmçinin Füzulu, Səməd Vurğun küçələrində də tramvay xətti çəkmək imkanı yaranacaq”, - deyə ekspert bildirib.

Ərşad Hüseynov vurğulayıb ki, indiki dövrdə ən çətin məsələ Bakıda tramvay xətlərinin haradan başlamalı olduğunu müəyyənləşdirməkdir. Ekspertin fikrincə, bu xətləri şəhərin kənarından çəkməyə başlamaq lazımdır.

“Tramvay xətlərinin çəkilişi Qaraçuxur, Günəşli, Bakıxanov qəsəbələrindən başlamalıdır. Orada qəsəbəiçi şəbəkə yaratmaq lazımdır.

Yaradılan şəbəkəni “Əhmədli” və ya “Neftçilər” metrosu yaxınlığına gətirmək lazımdır. Həmin şəbəkə gəlib metro stansiyaları ilə birləşsə, bu layihə uğurlu olacaq və xətt üzrə işləyən tramvaylar sərnişinlərlə dolub-daşacaq.

Bundan başqa, Biləcəridən Binəqədiyə, Balaxanıya və oradan da hansısa yaxın metro stansiyasına uzanan tramvay xətti effektli olacaq.

Lakin hansısa qəsəbənin bir ucundan digər ucuna işləyən tramvaylar boş işləyəcək. Əsas məqsəd odur ki, kənd camaatı yaxınlıqdakı metroya gələ bilsin.

Yusif Səfərov küçəsi yeni təmir olunub. Bir neçə ilə həmin küçə yenə dağılacaq”.

Tarix
2021.03.03 / 13:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla