Yuxarı

Sürücülərin nəzərinə: Bunu etməsəz... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərin nəzərinə: Bunu etməsəz... - Video

Dayanma və durmanı qadağan edən nişanın tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrlə bağlı yeni qaydalar sürücülər arasında anlaşılmazlıq yaradıb.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, yeni qaydalardan səthi məlumatı olan sürücülərin çoxu bunu səhv başa düşüblər.

Sürücülər elə zənn edirlər ki, yeni qaydaya əsəsan gün boyu şəhər ərazisində dayanma və durmanı nə qədər pozsalar da, cəmi bir dəfə cərimə olunacaqlar. Amma bu belə deyil.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, sürücülər mümkün qədər dayanma və durma qaydasını pozmamalıdırlar. Qaydalara əməl etmədikdə bu, yollarda sıxlığa səbəb olur. Dayanma və durmanın tələbini eyni yerdə pozan sürücülər yalnız bir dəfə cərimə tətbiq ediləcək.

Araz Əsgərlinin sözlərinə görə, avtobusların dayanacağında avtomobilini park edən sürücülər 40 manat cərimə olunur. Yol polis əməkdaşı onu da bildirdi ki, avtobus dayanacağını zəbt edən avtomobil cərimə olunmaqla bərabər, sərnişin və avtobuslara maneə olduğundan ərazidən mütləq qaydada evakuasiya edilir.

Tarix
2021.04.15 / 11:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla