Yuxarı

Xudayara görə Fuad bu cür cəzalansın – Professor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xudayara görə Fuad bu cür cəzalansın – Professor

Şəhid Xudayar Yusifzadənin ünvanına işlətdiyi aşağılayıcı ifadə ilə gündəmə gələn və hər kəsin qınaq obyektinə çevrilən Fuad Rəsulzadə adlı gəncin məhkəməyə cəlb edilməsi vacibdir.

Axar.az xəbər verir ki, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Xudayar Yusifzadənin anasının o gənci məhkəməyə verməsi gərəkdiyini bildirib.

Onun sözlərinə görə, Yusifzadə ailəsini tanıyan vəkillər şəhidimizin anasından etibarnamə alaraq, özləri məhkəməyə müraciət edə bilərlər:

“Fuad Rəsulzadəyə qarşı mülki qaydada mənəvi zərərin ödənməsi ilə bağlı iddia qaldırılsa, məhkəmə mütləq iddianı təmin edəcək. Mənəvi zərər kimi 10 min manat təzminatın təmin ediləcəyinə heç bir şübhə yoxdur. Bu, Fuad üçün ən yaxşı cəzalardan biri olar.

Düşünürəm ki, bu qəbildən addımlar gələcəkdə digər şəxsləri də şəhidlərimizə qarşı ehtiyatlı olmağa sövq edəcək”.

Qeyd edək ki, F.Rəsulzadə sosial şəbəkələrdəki bu təhqiramiz statuslarına görə şəhidimizin doğmaları tərəfindən döyülüb. DİN isə döyülmə faktı ilə bağlı cinayət işi açıb.

Tarix
2021.05.01 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla