Yuxarı

Lənkəranda ağır qəza: yaralananlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda ağır qəza: yaralananlar var

18:37

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Report-a istinadla xəbər verir ki, hərəkətdə olan iki VAZ-2107 markalı avtomobil toqquşub. Zərbənin təsirindən hərəkət istiqamətini dəyişən VAZ-lardan biri əks istiqamətdə hərəkətdə olan "Mersedes" markalı mikroavtobusla toqquşub. Hadisə zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, digərlərinin orta ağırdır.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri mikroavtobusda sıxışaraq köməksiz vəziyyətdə qalan sərnişinləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkərandakı qəza ilə bağlı məlumat yayıb.

FHN-in "112" qaynar telefon xəttinə Lənkəran şəhərində “Mersedes” markalı mikroavtobus və VAZ markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Mersedes" markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Tarix
2021.05.16 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla