Yuxarı

Elmir Vəlizadə vəzifəsindən azad edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmir Vəlizadə vəzifəsindən azad edildi

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Rövşən Mürvət oğlu Rüstəmov nəqliyyat, rabitə və yüksək texnologiya nazirinin müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, E.Vəlizadə 1964-cü ildə Mingəçevir şəhərində anadan olub, 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.

O, 1991-ci ildə Prezident Aparatında I dərəcəli mütəxəssis kimi işə başlayıb, 1998-ci ildən qurumun İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri, 2005-ci ildən isə İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb, 2007-ci ildən rabitə və informasiya texnologiyaları nazirinin müavini, 2014-cü ildən rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2018-ci ildən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini olub.

Tarix
2021.06.15 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla