Yuxarı

Nəsimi rayonunda küçələr təmir edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəsimi rayonunda küçələr təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2021-ci ilin investisiya proqramına uyğun olaraq, Bakı şəhəri üzrə təmirə ehtiyacı olan küçə və yollarda kompleks tədbirlər həyata keçirir.

AAYDA-dan Axar.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində də bu istiqamətdə genişmiqyaslı təmir-tikinti işlər davam etdirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan küçə və yollarda aparılır.

Cari ildə rayon üzrə ümumi olaraq 6 km ərazidə yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bir müddətdir bu istiqamətdə təmir-tikinti işləri davam etdirilir, küçə və yollar əsaslı şəkildə bərpa olunur.

Hazırda Nəsimi rayonu üzrə ümumi uzunluğu 3 km-dən çox olan Eldar Tağızadə, Feyzulla Qasımzadə, Abbas Səhhət, İmran Qasımov, Ağadadaş Qurbanov, Süleyman Rüstəm və Əlimərdanbəy Topçubaşov küçələrində təmir işləri son mərhələ üzrə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd olunan küçələr uzun müddət təmir olunmadan istismar olunduğundan hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir və yol əsası hazırlanır. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənir.

Təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemləri də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur. Ümumilikdə təmir işlərinin aparıldığı ümumi sahə 30 min kv.m-dən çoxdur.

Hazırda qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun aparılır.

Görülən işlərin ardıcıllığına uyğun olaraq rayon üzrə daha 2.5 km uzunluğa malik Ceyhun Səlimov, Alı Mustafayev, İbrahim Əbilov və Balababa Məcidov küçələrinin də təmiri icra olunacaq.

Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində isə rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da işlərin aparılması nəzərdə tutulur.

Ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu üzrə 10 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

Tarix
2021.06.22 / 11:26
Müəllif
Axar.az
Digər xəbərlər

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla