
“Tramp bumu”: Bitkoinlə savaşa son qoyulur...
07:00
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir.
Bu barədə Axar.az-a Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidmətindən məlumat daxil olub.
Bildirilib ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək.
Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.
Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.
Tarix
2021.07.14 / 20:52
|
Müəllif
Axar.az
|