Yalnız ümumi balı 200-dən və bir fənn üzrə minimal balı
10-dan az olmayan abituriyentlər müsabiqələrdə iştirak edə
bilərlər.
ANS-in Tələbə Qəbulu Dövlət Komissiyasına (TQDK) istinadən
verdiyi məlumata görə, I, II, III və IV ixtisas qrupları üzrə
müsabiqədə ümumi balı 200-dən və bir fənn üzrə minimal balı 10-dan
az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə
buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal (
minimum 10 bal) məhdudiyyəti tətbiq olunmur.
Kənd təsərrüfatı ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən
az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin
fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.
Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə ümumi
balı 100-dən az olmayan abituriyentlər (onların fənlər üzrə
cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir) iştirak
edirlər.
İyulun 14-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları
üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test
tapşırıqlarının düzgün cavabları açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) ANS PRESS-ə
verilən məlumata görə, I qrup Azərbaycan bölməsinin
abituriyentləri
http://eservices.tqdk.gov.az/exam/2015/1_4/a1_1407e.htm
, IV qrup
Azərbaycan bölməsinin abituriyentləri
http://eservices.tqdk.gov.az/exam/2015/1_4/a4_1407e.htm,
I qrup
Rus bölməsinin abituriyentləri
http://eservices.tqdk.gov.az/exam/2015/1_4/r1_1407e.htm,
IV qrup
Rus bölməsinin abituriyentləri
http://eservices.tqdk.gov.az/exam/2015/1_4/r4_1407e.htm,
linkinə daxil olaraq, düzgün cavabları öyrənə bilərlər.
TQDK-dan onu da bildiriblər ki, ali təhsil müəssisələrinə qəbul
olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları
üzrə qəbul imtahanı respublikanın 11 şəhərində - Bakı, Naxçıvan,
Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan,
Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılıb.
İmtahan saat 11-də başlanıb və 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ
qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi
bütün binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi
nəzarətdə olub.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib,
abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün
zəruri şərait yaradılıb.
Hal-hazırda TQDK-da müstəqil ekspertlər tərəfindən imtahanda
abituriyentlərə təqdim olunmuş test tapşırıqlarının ekspertizası
aparılır. Bu gün həmçinin "Space" telekanalında canlı yayımlanan
"Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər
tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və
test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda
istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın
internet saytında və facebook səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa
çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının
qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil
telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə
biləcəklər.