Yuxarı

Rus ekspert: “Miqrantlara münasibət daha da pisləşəcək”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus ekspert: “Miqrantlara münasibət daha da pisləşəcək”

Son günlər Rusiyada miqrantlara münasibət yenidən kəskinləşib.

Volqoqradda baş verən terror aktında əsas mənbənin Şimali Qafqazdan qaynaqlanması hadisələrin bundan sonra necə cərəyan edəcəyi ilə bağlı sual yaradıb. Məsələ ilə əlaqədar Rusiya Avropa İnstitutunun eksperti Sergey Abaşinə müraciət etdik.

- Cənab Abaşin, Brilyovadan sonra miqrantlara münasibətdə müsbət istiqamətdə dəyişikliklər müşahidə olunurmu?

- Situasiya özündə təzadlı xarakterlər cəmləyir. Bir tərəfdən miqrasiya haqqında yeni qaydaların qəbulu davam etdirilir. Qanunda yeni dəyişikliklər edilib ki, bu da xaricdən ölkəyə işləməyə gələn şəxslərin vəziyyətini ağırlaşdırır. Digər bir tərəfdən isə Putin hüquqi şəxslərin işləri üçün patent verməklə qanunvericiliyin mümkün liberallaşdırılmasını elan edir. Bununla yanaşı isə Duma iyun ayında qəbul etdiyi qanunla futbol yarışları üzrə çalışan bəzi şirkətlərə qanuni olaraq miqrantların təyin edilməsi haqqında qanunu təsdiqləyir. Ritorikaya qalanda isə burada miqrasiyaya qarşı neqativ münasibət hökm sürür və bundan sonra da güclənəcək.

- Mətbuatda Volqoqraddakı bombanı Şimali Qafqazdan olan bir qadının partlatdığı bildirilib. Sizcə, bundan sonra miqrantlara qarşı hücumlar daha da arta bilərmi? Ümumiyyətlə, ikinci Brilyovanı təkrar görə bilərikmi?

- Axırıncı versiyaya görə, bombanı milliyətcə rus olan cavan oğlan partladıb. O, islamı qəbul edib və Dağıstanda təlim alıb. Prinsipcə, bu hadisələr ümumi ksenofobiyanı daha da gücləndirəcək. Ölkənin ən həssas problemi olan miqrantlara münasibət daha da pisləşəcək. Bu həssaslıq son dərəcə yüksəkdir və bundan sonra da yüksələcək. Hətta bunun üçün terror aktları da gərəkli olmayacaq. Bunun özünün inkişafının xüsusi neqativ trayektoriyası var.

- Bəs hansı yollarla bu situasiyanın qarşısını almaq olar?

- Antimiqrant diplomatiyası və ağır siyasət bütün dünyada var. Avropa, yaxud ən yaxşı misal kimi biz bunu Səudiyyə Ərəbistanında gördük. Bu ümum-dünyəvi tendensiyadır. Bu mənada Rusiya çətin ki, bu prosesin qarşısını tamamilə ala bilsin. Mənə elə gəlir ki, bu situasiyanı Rusiyada sadəcə olaraq nisbətən yumşaltmaq olar. Bunun üçün isə ölkədə daha etibarlı siyasi diskussiya, daha azad seçkilər və hakimiyyətlər arasında daha yaxşı bölgü olmalıdır. Hələlik isə biz Rusiyada yalnız siyasi mübarizənin və diskussiyanın artdığını görürük. Amma əgər ölkədəki yaranmış situasiyada tərəflər arasında mübarizə ədalətli deyilsə, o zaman populizm və aqressiya daha da artacaq. Bunun da qurbanları təəssüf ki, indi də olduğu kimi yenə müxtəlif etnik azlıqlar və miqrantlar olacaq.

Tarix
2014.01.07 / 11:29
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla