Yuxarı

İlham Əliyev 2 sərəncam imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev 2 sərəncam imzaladı

15:13

Prezident İlham Əliyev "Ağstafa və Qazax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncamla Ağstafa və Qazax rayonlarının əhalisi 49420 nəfər olan 14 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 16 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,12 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sıra

№si

Rayonun adı

Quyuların sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər

1.

Ağstafa

6

Aşağı Göycəli kəndi

2547

Göycəli kəndi (2 quyu)

2774

Köhnəqışlaq kəndi

698

Tatlı kəndi (2 quyu)

2741

2.

Qazax

10

Ağköynək kəndi

3815

Aslanbəyli kəndi

4323

Aşağı Salahlı kəndi

1971

Bala Çaylı kəndi

1240

Cəfərli kəndi

1268

Çaylı kəndi

8069

Daş Salahlı kəndi

10823

Xanlıqlar kəndi

3705

Kəmərli kəndi

3221

Qaymaqlı kəndi

2225

Cəmi:

16

14

49 420

***

İlham Əliyev Frederik Starın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi və elmi əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Frederik Star “Dostluq” ordeni ilə təltif edilsin.

Tarix
2021.09.13 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla