Yuxarı

Tovuzda avtoxuliqanlıq edən şəxs polisi vurdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuzda avtoxuliqanlıq edən şəxs polisi vurdu

Tovuzda avtomobillə avtoxuliqanlıq edən şəxs həbs edilib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 16-sı saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi VAZ-21015 markalı avtomobillə avtoxuliqanlıq edib və onu intizama dəvət edən həmin ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin əməkdaşı polis baş serjantı İ.Qafarlını vurub.

İ.Qafarlıya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyev saxlanılıb, onun sərxoş vəziyyətdə olması müəyyən edilib və rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci və 535-ci maddələri ilə 1 ay müddətində inzibati qaydada həbs edilməklə 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.

Tarix
2021.09.17 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla