Yuxarı

Buğda çörəyi ilə bağlı dövlət standartı təsdiq edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstehlakçıların yüksək keyfiyyətli (əla, 1-ci, 2-ci və kəpəkli un çörəyi) çörəklə təmin olunması üçün sərtləşdirilmiş tələbləri özündə ehtiva edən AZS 899:2021 “Buğda unundan hazırlanan çörək. Texniki şərtlər” dövlət standartı təsdiq edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Axar.az-a verilən məlumata görə, standart xidmətin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən hazırlanıb.

Qeyd edək ki, son dövr ərzində çörək sənayesi sahəsində dayanıqlı keyfiyyət meyarlarının təmin edilməsi məqsədilə AZS 888:2020 – “Buğda. Texniki şərtlər.” və AZS 894:2021 – “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər.” dövlət standartları da qəbul edilib. Standart layihələrinin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. Yeni dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Tarix
2021.10.04 / 09:56
Müəllif
Axar.az
Digər xəbərlər

ŞƏT-də böhran: Çin hansı ölkəni dəstəkləyəcək?

İlham Əliyev İran şirkətlərini Azərbaycana dəvət etdi

Milyonçunun pulunu mənimsəyən Əbiyevin kürəkəni olub?

İlham Əliyev və Pezeşkianın iştirakı ilə forum keçirildi

Bakı merinin bu cavabı Pezeşkianı təəccübləndirdi - Video

Pezeşkianın Azərbaycan səfəri başa çatdı

Regionda Azərbaycanla dördyol ola bilərik - Pezeşkian

Əliyevin Pezeşkianla görüşündən yeni görüntülər yayıldı - Video

Pezeşkian Bibiheybət məscidini ziyarət etdi

Şuşanın işğalı barədə videomateriallar göstərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla